
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında davam edən "Pəncə" hərbi əməliyyatında daha bir terrorçu zərərsizləşdirilib.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.
Məlumata əsasən, mayın 27-də başlayan əməliyyatda daha bir PKK terrorçusu məhv edilib. Bununla da əməliyyatın başladığı gündən indiyədək zərərsizləşdirilən terrorçuların sayı 28-ə çatıb.
Tətbiqimizi yükləyə bilərsiniz