Həbib növbəti döyüşünə hazırlaşmağa başladı


Mütləq döyüş çempionatının (UFC) yüngül çəkidə çempionu Həbib Nurməhəmmədov növbəti qarşılaşmaya hazırlaşmağa başlayıb.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu idmançının atası Əbdülmanap Nurməhəmmədov deyib.
Onun sözlərinə görə, döyüşçünün komandası bir neçə rəqibi nəzərdən keçirir, onların sırasında irlandiyalı Konor Makqreqor və amerikalı Toni Ferqyusson var: "Həbib artıq hazırlığa başlayıb, o, yaxşı fiziki iş keçirib. ABŞ-a səfərə gəlincə, lakin bu məsələ hələ həll edilməyib. Ona hazırlıq üçün 45 gün lazımdır".

DİGƏR XƏBƏRLƏR

Top