Azərbaycanda dəhşətli qəzada ölən gənc qardaşlar yanaşı dəfn edildi


Şamaxı şəhərində dəhşətli qəzada vəfat edən 2 qardaşla bağlı bəzi məqamlar üzə çıxıb.

Yeniavaz.com publika.az-a istinadən xəbər verir ki, Şamaxı şəhərində "Shacman" markalı yük avtomobilinə çırpılan "Niva"da ölən 1989-cu il təvəllüdlü İsmayılov Rasim Vahid oğlu və qardaşı 1987-ci il təvəllüdlü İsmayılov Ramil fermer təsərrüfatını idarə edirmiş. Onlar iyunun 1-də yaşadıqları evə gedərkən, məhəlləyə dönərkən maşının yük avtomobilinin altında qalması nəticəsində vəfat ediblər.

Hər iki şəxs dünən doğulduqları Şamaxının Quşçu kənd qəbiristanlığında yanaşı dəfn ediliblər.

Qeyd edək ki, vəfat edən qardaşların ikisi də ailəli olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top