Sudanda xüsusi təyinatlılar insanlara atəş açdı: ölənlər var - VİDEO


Sudanın paytaxtı Xartumda etirazları yatırtmaq üçün xüsusi təyinatlı dəstələr yeridilib.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ağır pulemyotrlardan atəş səsləri eşidilir.

Xüsusi təyinatlılar çoxminlik kütləni dağıtmalıdır. Kütlə Müdafiə Nazirliyi və ordunun mənzil-qərargahı qarşısında toplaşıb.

İnsanlar apreldə Sudanda dövlət çevrilişi etmiş hərbçilərdən hakimiyyəti mülki hökumətə verməyi tələb edirlər.

İndiyədək iki nəfərin öldüyü məlumdur, azı 10 nəfər yaralanıb. Şahidlərin sözlərinə görə, əsgərlər heç bir təxribata əl atmayan dinc nümayişçilərə qarşı silah və gözyaşardıcı qazdan istifadə edirlər.

Xatırladaq ki, aprelin 11-də Sudanın müdafiə naziri 1989-cu ildən ölkəyə rəhbərlik etmiş Avad ibn Aufun həbs olunduğunu açıqlamışdı. Sudanda hərbi şura formalaşdırıb, şura qarşıdakı 2 ildə ölkəyə rəhbərlik etməlidir. 

DİGƏR XƏBƏRLƏR

Top