Londonun ICE birjasında "Brent" markalı neftin qiyməti 2,2% ucuzlaşıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu sort neftin 1 barelinin qiyməti 60,62 dollaradək enib.
Sonuncu dəfə "Brent" markalı neftin 1 barelinin qiyməti 2019-cu il fevralın 11-də 61 dollar səviyyəsindən aşağı olmuşdu.
Öz növbəsində WTI markalı neftin qiyməti 1,1% ucuzlaşaraq 52,9 dollaradək enib.