İstanbulda Ermənistan vətəndaşı olan qadın bıçqalanıb


Ermənistandan İstanbula gələn qadını bıçaqlayıblar. Yeniavaz.com "Agos" qəzetində yer alan məlumata istinadən bildirir ki, üzlərində maska olan naməlum şəxslər Ermənistan vətəndaşı olan qadının yaşadığı mənzilə gələrək onu bıçaqlayıblar. Qadının ölmədiyi və yaralarının həyatı üçün təhlükə törətmədiyi bildirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir. Məsələ ilə bağlı erməni kilsəsinin baş yepiskopu Aram Ateşyan İstanbulun polis rəisinə zəng edib.
 

DİGƏR XƏBƏRLƏR

Top