Bu ilin yanvar-fevral aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19 min 84 nəfər artaraq 716 min 74 nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki,
bu ilin yanvar-mart aylarınin ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 4,9% artaraq 817,3 manat olub.
Bakı şəhərində rayonlar üzrə muzdlu işçilərin sayı və orta aylıq nominal əməkhaqqı yanvar-fevral aylarında aşağıdakı kimi olub:
Muzdlu işçilərin sayı (nəfər) |
Orta aylıq nominal əməkhaqqı (manat) |
|
Binəqədi | 46 671 | 456,7 |
Xətai | 61 407 | 814,3 |
Xəzər | 29 483 | 847,4 |
Qaradağ | 23 960 | 1 191,8 |
Nərimanov | 71 397 | 550,0 |
Nəsimi | 163 725 | 668,4 |
Nizami | 45 496 | 642,5 |
Pirallahı | 7 916 | 1 518,8 |
Sabunçu | 27 455 | 526,4 |
Səbail | 115 496 | 1 332,3 |
Suraxanı | 18 712 | 608,7 |
Yasamal | 104 356 | 707,8 |
Bakı şəhəri - cəmi | 716 074 | 794,1 |