Bakıda xanım sürücü icarəyə götürdüyü avtomobili yararsız vəziyyətə saldı - VİDEO

Bakının Səbail rayonunda xanım sürücü icarəlik avtomobillə qəza törədib. Zərifə Əliyeva küçəsində "Kia" markalı avtomobili idarə edən xanım sürücü işıqforun qırmızı işığında hərəkətinə davam edib.

Bu zaman onun avtomobili A.Bakıxanov küçəsi ilə hərəkətdə olan "BMW" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Kia" yol kənarındakı səkiyə dəyib. Qəza nəticəsində "Kia" sürücüsü və bir sərnişin xəsarət alıb. "BMW"-nin sürücüsü isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə ilə əlaqədar əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.


ONA

DİGƏR XƏBƏRLƏR

Top