Bakıda yük maşını tuneldə qəza törədib, 2 azyaşlı xəsarət alıb - FOTO


Bakının Nərimanov rayonunda yük maşını qəza törədib.

Ziya Bünyadov prospekti ilə Alı Mustafayev küçəsini birləşdirən yolötürücü tuneldə qeydə alınmış qəza zamanı "MAZ" markalı yük maşını Yamin Əsgərovun idarə etdiyi "Mercedes" markalı minik maşını ilə toqquşub.

Bildirilir ki, avtomobillərin hər ikisi eyni istiqamətdə hərəkətdə olub. Bu vaxt yük maşını minik maşınını sol yandan vuraraq əks istiqamətdə çevirib. Nəticədə "Mercedes"də olan iki azyaşlı yüngül xəsarət alıb.

Hadisənin təfərrüatlarını Nərimanov polisi araşdırır.


ONA

DİGƏR XƏBƏRLƏR

Top