Madriddə ingilis fanatlar həbs olundu

Beş ingilis fanatı İspaniyanın paytaxtı Madriddə həbs olunub.

UEFA Çempionlar Liqasının finalından öncə “Tottenhem” fanatları İspaniya polisi tərəfindən döyülüb.

COYS News “Twitter” səhifəsində belə yazır:

“Madriddəki polis bir bara daxil olub və heç bir səbəbsiz əlliyə yaxın “Tottenhem” fanatını rezin dəyənəklə döyüb. Çox sayda yaralı var”.

“Daily Telegraph”ın müxbiri Tom Morqan isə öz “Twitter” səhifəsində bu barədə bunları yazıb:

“Dəyənəkli zabitlər onları sərt taktika tutmaqda günahlandıran “Tottenhem” fanatlarına qarşı çıxmaq və onları oradan aparmaq üçün gəlib. Tərəfdarlardan biri mənə dedi – “Biz gülüb zarafat edirdik. Hər şey əla idi. Bu zaman polislərdən ikisi bizə tərəf gəldi və gözyaşardıcı qazdan istifadə etdilər. Onlar masaları dəyənəkləri ilə qırdılar”.

“Tottenhem”in digər fanatı isə müxbirə bunları deyib:

“Mənim çiyinlərimdə səkkiz yaşlı oğlan var idi. Bu onun ilk səfər matçı idi və biz hamımız yaxşı vaxt keçirirdik. Bəzi polislər bardan azarkeşləri çıxararkən dəbilqə taxmışdılar”.

Hari Ueyd adlı fanat da restoranda polislər tərəfindən ittiham olunanlar arasında olub: “Tottenhem” azarkeşləriylə dolu olan restorana polislər gəldi və bizi, masaları vurmağa başladılar. Halbuki biz heç nə etməmişdik”.

Polis isə bu ittihamlara belə cavab verib ki, “Tottenhem” fanatları “Liverpul”dan olan tərəfdarlara qarşı aqressiv olub. “The Liverpool Echo” bildirib ki, "qırmızılar"ın fanatlarını qoruyan polis mühasirəsi 650 metrədək yarılıb. Hazırda hər iki komandanın minlərlə azarkeşi yaralıdır. //oxu.az

DİGƏR XƏBƏRLƏR

Top