Kişi həyat yoldaşını öldürəndən sonra özünü güllələyib - YENİLƏNİB


Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında binanın arxasında Təranə Novruzova adlı qadının ölümü ilə bağlı təfərrüatlar məlum olub.

Yeniavaz.com ONA-ya istinadla xəbər verir ki, Suraxanı rayonunun Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında binanın arxasında Təranə Novruzova adlı qadın əri tərəfindən ov tüfəngi ilə güllələnərək qətlə yetirilib. Əvvəllər məhkumluq həyatı yaşamış Laçından olan məcburi köçkün 1958-ci il təvəllüdlü Novruzov Zahid Balabəy oğlu iki güllə arvadına vurduqdan sonra özünü güllələmək istəyib, lakin silah onun əlindən sürüşüb və nəticədə o, boğaz nahiyəsindən yaralanıb. Kişi yaralı şəkildə 1 saylı Şəhər Kliniki Xəstəxanası çatdırılıb. Hazırda cinayəti törədən şəxs əməliyyat olunur.

Faktla əlaqədar Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb.


XXX

Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında binanın arxasında Təranə Novruzova adlı qadın güllələnib.

Yeniavaz.com xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  ONA-ya verilən məlumata görə, qadının oğlu təcili yardım çağırıb, həkimlər hadisə yerinə gələndə qadın artıq dünyasını dəyişib.

Hadisə yerinə Suraxanı Rayon Polis İdarəsi və prokurorluq əməkdaşlarından ibarət istintaq əməliyyat qrupu gəlib və cinayət işi başlanıb.

İlkin məlumata görə, təcili tibbi yardım çağıran zaman oğlu xəbər verib ki, anasını atası güllələyib.

Faktla əlaqədar Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top