Azərbaycanlı İstanbulda hər kəsin gözü qarşısında özünü bıçaqladı - VİDEO

Psixoloji problemləri olan Azərbaycan vətəndaşı İstanbulda özünü bıçaqlayıb. Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, hadisə Haliç körpüsünün çıxışındakı avtobus dayanacaqlarında baş verib. Azərbaycan vətəndaşı üzərindəki çörək bıçağı ilə özünə xəsarət yetirməyə başlayıb. Bunu görən kənardakı vətəndaşlar ona mane olmağa çalışıblar. Ancaq vətəndaşların cəhdləri nəticəsiz qalıb, adı açıqlanmayan kişi bıçağı qarın nahiyəsinə soxub. Hadisə yerinə gələn təcili yardım və polis briqadaları Azərbaycan vətəndaşına ilkin tibbi yardım göstərib. O, təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top