Türkiyənin tanınmış aktyoruna hücum edildi


Türkiyənin tanınmış aktyoru Halit Ergenç hücuma məruz qalıb. Yeniavaz.com "Sözcü" qəzetinə istinadla xəbər verir ki, bu barədə "Muhteşem Yızyıl" serialının aktyoru özü məlumat verib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında avtomobil yolunda hücumla qarşılaşıb: "Avtomobillərin hərəkəti üçün təhlükə törədən maşından çıxan iki nəfərin təhdid, təhqir və fiziki hücumuna məruz qaldım. Faktla bağlı müvafiq qurumlara müraciət emişəm. Yol qaydalarını pozan, cəmiyyətin təhlükəsizliyini təhdid edən bu davranışla bağlı bütün qanuni haqlarımdan istifadə edəcəyəm".  

DİGƏR XƏBƏRLƏR

Top