Rusiyada trotil zavodunda ardıcıl partlayışlar - VİDEO


Rusiyanın Nijeqorod vilayətinin Dzerjinsk şəhərinin qərb hissəsində iki partlayış baş verib.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, hadisə yerinə təcili xidmət briqadaları göndərilib. Bildirilir ki, partlayışlar trotil istehsalı üzrə "Kristall" zavodunda baş verib. Xəsarət alanlar haqqında məlumat dəqiqləşdirilir. Təkrar partlayışların baş vermə ehtimalı var.

DİGƏR XƏBƏRLƏR

Top