Trampdan prezident seçkiləri ilə bağlı VACİB AÇIQLAMA


ABŞ Prezidenti Donald Trump iyunun 18-də növbəti prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə D.Tramp "Twitter"  hesabında məlumat verib.
Prezident bildirib: "Birinci xanım Melaniya Tramp, vitse-prezident Mayk Pens və həyat yoldaşı Karen Penslə birlikdə iyunun 18-də Floridanın Orlando şəhərində ikinci müddətə prezidentliyə namizədliyimi irəli sürdüyümü elan edəcəyəm. 20 min nəfərlik "Amway Centre ”də keçiriləcək görüşdə hər birinizi bizə qoşulmağa dəvət edirəm".
Xatırladaq ki, ABŞ-da 59-cu prezident seçkiləri 2020-ci il noyabrın 3-də keçiriləcək.
Qeyd edək ki, D.Tramp 2016-cı il noyabrın 8-də 58-ci prezident seçkilərində qalib gələrək ABŞ-ın prezidenti olub.

DİGƏR XƏBƏRLƏR

Top