"Autizm" və "Daun sindrom"lu uşaqlar üçün “Kiçik toy”mərasimi keçirildi

 
Gəncə Şəhərində “Xəmsə-Park” Ticarət Mərkəzində xeyriyə məqsədi ilə "Mənəvi dayaq" Uşaq və Gənclər İctimai Birliyi tərəfindən qurulan "Təfəkkür" Psixoloji və Nitq İnkişafı mərkəzinin aztəminatlı və "Autizm" və "Daun sindrom" xəstəlikli 6 nəfər azyaşlı oğlan uşaqları üçün "Kiçik toy" mərasimi keçirildi. "Mənəvi dayaq" Uşaq və Gənclər İctimai Birliyinin sədri Arzu Orucov gələn qonaqları salamlayaraq bildirdi ki, İctimai Birliyin işi  "Autizm" və "Daun –sindrom" xəstəlikli uşaqları savadlı, etiq-estetik tərbiyəli, vətənpərvər hissli formalaşdırıb, onların gələcəyinin taminatına şərait yaratmaqdan ibarətdir. Gələn qonaqlar çıxışlarında bu təşəbbüsə görə Arzu müəllimə təşəkkürlərini bildirdilər.

DİGƏR XƏBƏRLƏR

Top