Dünya və Avropa çempionu Türkiyəni təmsil edən həmyerlimiz yüngül atlet (sprinter) Ramil Quliyev Belarusiyanın paytaxtı Minskdə 9-10 sentyabr tarixlərində ilk dəfə keçiriləcək Avropa-ABŞ atletizm oyununda Avropa komandasının elçisi seçilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avropa Atletizm Assosiasiyası tərəfindən seçilmiş üç elçidən biri olacaq Ramil Quliyev oyunun başlayacağı vaxta qədər olan 100 gün ərzində müxtəlif tədbirlərdə Avropa-ABŞ atletizm oyunun təqdimatını edəcək.