Bu gündən Rusyadan Ukraynaya kömür və neft məhsullarının tədarakünə qadağa qüvvəyə minib.
Yeniavaz.com RİA Novosti agentliyinə istinadla xəbər verir ki, hökumətin tapşırığına əsasən, əmtəə benzini, dizel yanacağı, propan, butan və digər sıxılmış qazları bundan sonra yalnız İqtisadi İnkişaf Nazirliyinin icazəsi ilə Ukraynaya tədarük etmək mümkündür.
Bundan başqa, daş kömür, briketlər, koks və digər yanacaq növləri də məhdudiyyətlərə məruz qalacaqlar. Bildirilir ki, yanacağın tədarükünə qoyulan qadağa Ukraynanın Rusiyaya qarşı sanksiyalarının növbəti genişlənməsinə cavabdır.