Goranboyda səyyar kitabxanalar yaradılıb.
Oxucular kitabdan kənar durub, kitabxanalara az-az getsədə, amma bilik mənbəyi oxucusundan uzaqlaşmır. Bu rayonda müxtəlif yazıçı, şairlərin əsərlərinin toplandığı kitablar oxucunun yolu üstə, istirahət etdiyi məkanda sərgilənir. Goranboyda kitabxana işini keyfiyyətcə yaxşılaşdırmaq, oxucularla birbaşa ünsiyyətin yaradılması məqsədi ilə rayonun müxtəlif yerlərində səyyar kitabxana güşələri yaradılıb. Sakinlərdə rayonda ilk dəfə göstərilən səyyar xidmətdən razı görünürdülər
Müxtəlif yaşlı rayon sakinləri fəaliyyətə başlayan səyyar kitabaxanaya yaxınlaşaraq istəklərinə uyğun kitab seçə bilərlər. Götürdükləri kitabları parkada oxuyub qaytaranlarda olur,evdə rahat səhifələyənlərdə. Gənclərin marağını isə səyyar kitab güşələri daha çox çəkə bilib.
Oxucunun istədiyi kitabı tapıb onlara təqdim edən kitabxanaçılar isə səyyar kitab güşələrinə gələnlərin sayının günbəgün artdığını deyirlər. Hətta kitabxananın yolunu tanımayanlar belə kitab oxumaq həvəsinə düşüblər.
Kitabxanaçı Nərgiz Məmmədova Goranboyda səyyar kitabxana güşlərinin sayının artırılacağın bildirilb.
Esmira Hidayətova, Goranboy