Ermənistan polisinin bir sıra şəxslərinə qarşı cinayət işi açılıb


Ermənistanın Xüsusi İstintaq Xidməti Dövlət Nəzarət Xidməti tərəfindən ölkə polisində keçirilmiş yoxlamaların nəticəsinə görə bir sıra şəxslərə qarşı cinayət işi başlayıb.

Bu barədə Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Oqanjanyan bildirib.

Onun sözlərinə görə, aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 310-cu maddələri üzrə (sahibkar fəaliyyətində qanunsuz iştirak) cinayət işi başlayıb.

Xatırladaq ki, yoxlamalar satınalmaların təşkili sahəsində keçirilib. Qanun pozuntuları 2008-ci ildən başlayaraq aşkarlanıb. 

Daha əvvəl Ermənistanın Ararat əyalətinin Noramarq kəndində (İrəvanın 22 kilometrliyində) 60 yaşlı kişi keçmiş həyat yoldaşıgildə olarkən ev sahibləri (ər və həyat yoldaşı) ilə mübahisə etdikdən sonra iki qumbara atıb. //Report

DİGƏR XƏBƏRLƏR

Top