Ermənistanın Baş naziri Nikol Paşinyan cəbhə xəttinə gələrkən daima Azərbaycan hərbi qulluqçusunun silahının nişangahında olmasını hiss etməlidir.
Bunu Yeniavaz.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Xatırladaq ki, A. Mirzəzadə bu gün Milli Məclisin plenar iclasında bildirmişdi: "Mən müdafiə naziri, Ali Baş Komandan deyiləm, ona görə Ordumuza əmr verə bilmərəm. Amma snayperlərimizə və snayperçilərimizə üz tutub xahiş edirəm ki, əgər Paşinyan yenidən işğal olunmuş ərazilərimizə gələrsə, onu vursunlar. Mən snayperlərimizdən xahiş edirəm, Ermənistanın digər rəhbər şəxsləri, siyasətçiləri Qarabağ, işğal olunmuş ərazilərimizə gəlsələr, onları vursunlar. Artıq səbrimiz daşmaqdadır. Qarabağ münaqişəsi həll olunmalıdır, işğala son qoyulmalıdır. Ermənistan özünə yeni baş nazir tapa bilər".
Millət vəkili qeyd edib: “Mənim hərbi strukturalara əmr vermək, yönləndirmək, təlimatlandırmaq səlahiyyətim yoxdur. Ancaq mən bir vətəndaş kimi, eyni zamanda seçicilərin səsini qazanmış bir deputat kimi Paşinyanın işğal edilmiş ərazilərimizdə birinci imkandan istifadə edərək məhv edilməsini istəyərdim. Şübhəsizi ki, onu müəyyən bir struktur maksimum şəkildə qoruyur, amma o cəbhə xəttinə gələrkən daima Azərbaycan hərbi qulluqçusunun silahının nişangahında olmasını hiss etməlidir. Mən hesab edirəm ki, Paşinyanın Azərbaycan ərazisində vurulması Ermənistanın beynəlxalq təşkilatlar tərəfindən, böyük güc dövlətləri tərəfindən qınaq obyektinə çevrilməsinə səbəb olacaq. Belə ki, Ermənistan rəhbəri dəvət olunmadan, Azərbaycanı xəbərdar etmədən Azərbaycan ərazisinə gəlib. Ona görə də Azərbaycan onunla bir dövlət başçısı kimi deyil, bir sərhəd pozucusu, qanun pozucusu kimi davranır".
Kənan Qədirli