Poroşenko yeni vəzifəyə seçildi


Ukraynanın beşinci Prezidenti Petro Poroşenko "Avropa həmrəyliyi" partiyasının sədri seçilib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, partiyanın 31 may tarixində keçirilmiş qurultayında P. Poroşenkonun sədr seçilməsi barədə qərar qəbul edilib. P. Poroşenko qurultayda çıxış edərək bildirib ki, onun partiyası Ukraynada revanş cəhdləri ilə mübarizə aparacaq: "Məsələn, Ukraynanı Avropa yolundan döndərmək cəhdləri ilə mübarizə aparacaq". O, Ukrayna Prezidenti Vladimir Zelenskinin komandasının Rusiya ilə münasibətlər üzrə referendum keçirmək təşəbbüsünü Rusiya qarşısında kapitulyasiya referendumu adlandırıb. Qeyd edək ki, "Avropa həmrəyliyi" partiyası mayın 24-dək "Petro Poroşenkonun bloku - Həmrəylik" adlanıb.

DİGƏR XƏBƏRLƏR

Top