MDB ölkələrilə ticarət dövriyyəmiz: Çox alıb, az satırıq - TAM SİYAHI


Bu ilin ilk rübü ərzində Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələrə 187,8 milyon dollar dəyərində məhsul ixrac edib və həmin ölkələrdən 682,9 milyon dollar dəyərində məhsul idxal edib.
Yeniavaz.com MDB Dövlətlərarası Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, Azərbaycan və MDB-yə üzv ölkələr arasında həyata keçirilən ticarət dövriyyəsində 495,1 milyon dollarlıq mənfi saldo yaranıb.
Məlumat üçün bildirək ki, Tacikistan istisna omaqla digər MDB ölkələrinə satdığımız məhsulların dəyəri aldığımız məhsulların dəyərindən az olub. Nəticədə MDB ölkələrilə olan ikitərəfli ticarət əlaqələrində mənfi saldo qeydə alınıb.
Bu ilin ilk 3 rübü ərzində Belarusla olan ticarət dövriyyəmizdə 58,6 milyon dollarlıq (idxal 64,1 milyon, ixrac 5,5 milyon dollar), Qazaxıstanla olan ticarət dövriyyəmizdə 58,6 milyon dollarlıq (idxal 63,1 milyon, ixrac 4,5 milyon dollar), Qırğızıstanla olan ticarət dövriyyəmizdə 100 min dollarlıq (idxal 800 min, ixrac 700 min dollar), Moldova ilə olan ticarət dövriyyəmizdə 700 min dollarlıq (idxal 800 min, ixrac 100 min dollar), Rusiya ilə olan ticarət dövriyyəmizdə 312,7 milyon dollarlıq (idxal 437,7 milyon, ixrac 125 milyon dollar), Türkmənistan ilə olan ticarət dövriyyəmizdə 4,9 milyon dollarlıq (idxal 8,6 milyon, ixrac 3,7 milyon dollar), Özbəkistan ilə olan ticarət dövriyyəmizdə 8,7 milyon dollarlıq (idxal 10,9 milyon, ixrac 2,2 milyon dollar), Ukrayna ilə olan ticarət dövriyyəmizdə 51,4 milyon dollarlıq (idxal 96,9 milyon dollar, ixrac 45,5 milyon dollar) mənfi saldo qeydə alınıb.
Qeyd etdiyimiz kimi, yalnız Tacikistanla olan ticarət dövriyyəmizdə mənfi saldo qeydə alınmayıb. Ötən il Tacikistana 700 dollar dəyərində məhsul ixrac etsək də, bu ölkədən heç nə idxal olunmayıb.

Allahverdi Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top