
Ermənistan ordusunun zabiti həbs olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi Mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan "Facebook" sosial şəbəsindəki hesabından açıqlayıb.
Artsrun Hovhannisyan yazıb ki, Ermənistanda yerləşən hərbi hissələrin birində qulluq keçən zabit zirehli döyüş maşınlarının yanacaq çənindəki dizeli oğurlayaraq əvəzinə çənlərə su doldurub.
Adı açıqlamayan erməni zabitin 11 ədəd zirehli döyüş maşının yanacaq çənini su ilə doldurduğu məlum olub.
Tətbiqimizi yükləyə bilərsiniz