Mehriban Əliyevanın maşın hədiyyə etdiyi xalq artistinin qızı: Avtomobili hələlik...


Xəbər verdiyimiz kimi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xalq artisti Ramiz Əzizbəyliyə avtomobil hədiyyə edib.
Bununla bağlı aktyorun qızı Xədicə Əzizbəyli Yeniavaz.com-a açıqlama verib.

X. Əzizbəyli, ilk növbədə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. "Atam ayağından son dəfə əməliyyat olunduqdan sonra vəziyyəti ağır idi və avtomobili yox idi, bu da bir az çətinlik yaradırdı. Sağ olsunlar. Təbii ki, bu bizim üçün gözlənilməz oldu, atama göstərdikləri diqqətə və qayğıya görə təşəkkür edirəm. Belə bir hədiyyəni gözləmirdik. Heydər Əliyev Fonduna və Mehriban Əliyevaya öz təşəkkürümüzü bildiririk. Atamın səhhətindəki problemlərə görə isə avtomobili hələlik özüm idarə edəcəm".

X. Əzizbəyli atasının səhhəti ilə bağlı da məlumat verib. "Hal-hazırda son əməliyyatdan sonra reabilitasiya prosesindədir. Şəkər xəstəsi olduğuna görə atamda bu proses bir qədər uzanır. Artıq 5 aydır ki, bu davam edir. Həkimlər şəkər xəstəsi olduğuna görə atamda sağalmanın gecikdiyini bildiriblər. Bu prosses 1 il də ola bilər, il yarım da ola bilər. Yəni şəkər xəstələrində dəqiq vaxt bilinmir ki, nə vaxt sağala bilər. Hazırda isə yataq rejimindədir, hərəkət edə bilmir. İnşallah sağalsa,  hərəkət edə biləcək".

Qeyd edək ki, Heydər Əliyev Fondu  eyni zamanda aktyorun yaşadığı mənzilin təmir işlərini də öz üzərinə götürüb və bu yaxınlarda mənzildə təmir işlərinə başlanılacaq.
Xatırladaq ki, Ramiz Əzizbəyli üç dəfə insult keçirdib. Onun bir ayağındakı barmaqları amputasiya olunub.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top