
Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili bəyan edib ki, Moskvada yeni siyasətçi hakimiyyətə gələcəyi halda Ukrayna və Rusiya arasında danışıqlar baş tuta bilər.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, M. Saakaşvili Kiyevə gəlişi üzrə rusiyalı jurnalistlərin ona Ukrayna Prezidenti Vladimir Zelenski barədə suallar vermək istəyiblər. Siyasətçinin sözlərinə görə, o, suallara cavab verməkdən imtina edib: "Mən deyirəm: Uşaqlar, sizin yoldaş (Mixail) Qalustyanınız var". M. Saakaşvili əlavə edib ki, aktyor M.Qalustyanın Rusiya Prezidenti olacağı təqdirdə, danışıqlar mümkün olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz