Nazir cənub bölgəsində vətəndaşlarla görüşüb

Kənd təsərrüfatı naziri İnam Kərimov Lənkəranda vətəndaşları qəbul edib.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, ümumilikdə Lənkəran, Masallı və Cəlilabadda keçirilən qəbullarda 86 nəfərin müraciətinə baxılıb. 

Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. 

Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.













DİGƏR XƏBƏRLƏR

Top