Məşhur azərbaycanlı kriminal avtoritet məhkəməyə müraciət edib - FOTO

Rusiyada qətl törətməkdə təqsirləndirən Elmir Məmmədov cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi haqqında qərarın ləğvi üçün kassasiya şikayəti verib.

Yeniavaz.com Oxu.az-a istinadla xəbər verir ki, şikayətə Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin ilkin baxış iclasının vaxtı hələlik açıqlanmayıb. 

Qeyd edək ki, E.Məmmədov Rusiya Federasiyasının Cinayət Məcəlləsi ilə qəsdən adam öldürmə, qanunsuz silah gəzdirmə maddələri ilə ittiham olunub.

O, Rusiyada 21 il müddətinə azadlıqdan məhrum edilib. E.Məmmədov daha sonra Azərbaycana təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində onun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə iddia üzrə məhkəmə prosesi keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.Məmmədovun cəzası Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılıb, ona 20 il həbs cəzası verilib. Qərardan narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xatırladaq ki, E.Məmmədov kriminal aləmdə “Tsıqan” (Qaraçı) ləqəbi ilə tanınır.

DİGƏR XƏBƏRLƏR

Top