Gələn il I siniflər üçün yeni ehtiyat dərslikləri istifadəyə veriləcək

"2020-ci ildə I sinif şagirdləri üçün Azərbaycan dili və Riyaziyyat fənnindən yeni ehtiyat dərsliklərin istifadəyə verilməsi nəzərdə tutulur".

Bunu Təhsil İnstitutunun "Ehtiyat dərsliklər" layihəsinin rəhbəri Zaur İsayev Təhsil Nazirliyinin media üçün təlimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda layihə sınaq prosesindədir: "Bu ilin sentyabr ayından etibarən ölkənin 97 məktəbin 123 sinfində 3 244 şagird üçün sınaq prosesi keçirilir. Nəticələr bu ilin yay ayında müzakirə edilərək müxtəlif təkmilləşmə işləri aparılacaq və dərsliklərin gələn il istifadəyə verilməsi planlaşdırılır".

Z.İsayev qeyd edib ki, həmin dərsliklər iki hissəli olacaq: "Yəni birinci hissə I yarımil, ikinci hissə isə II yarımildə tədris olunacaq. Bu da I sinif şagirdlərinin çantasını yüngülləşdirəcək. Həmin dərsliklər Təhsil Nazirliyinin nəzarəti altında hazırlanacaq. Dərsliklər həm Azərbaycan, həm də rus dilində olacaq".

O həmçinin əlavə edib ki, pilot layihə uğurlu olacağı təqdirdə mərhələli şəkildə ibtidai siniflərin hamısı üçün tədricən tətbiq olunacaq". (report)

DİGƏR XƏBƏRLƏR

Top