Putinin fikrincə, bunu edən dünyanın hökmdarı olacaq


Süni intellektin inkişafı vacib məsələdir.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, kimsə süni intellekt sahəsində inhisarçılığı təmin edə bilsə, o, dünyanın hökmdarı olacaq. V. Putin qeyd edib ki, texnoloji liderlik uğrunda, o cümlədən süni intellekt sahəsində mübarizə artıq qlobal rəqabət üçün meydançaya çevrilib: "Bir çox ölkə artıq öz süni intellekt strategiyasını qəbul edib. Biz də süni intellekt sahəsində texnoloji suverenliyimizi təmin etməliyik".

DİGƏR XƏBƏRLƏR

Top