Ən çox əcnəbi turist qəbul etmiş 5 ölkə


BMT yanında Ümumdünya Turizm Təşkilatı  (UNWTO) ötən il ən çox səyahət edilən ölkələrin reytinqini dərc edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, 2018-ci ildə 1,4 milyard insan dünya üzrə səyahət edib. Bu 2017-ci illə müqayisədə 5,6% çoxdur.
Qəbul edilən əcnəbi turistləri sayına görə Fransa (93,2 milyon nəfər, 2017-ci ilə nisbətən 7,2% çox) lider olub. İlk beşliyə, həmçinin İspaniya (82,8 milyon, + 1,2%), ABŞ (82,2 milyon, +6,7%), Çin (62,9 milyon,+3,6%) və İtaliya (62,1 milyon, +6,5%) daxildir.

DİGƏR XƏBƏRLƏR

Top