Şuşada azərbaycanlıların qəbirləri dağıdılıb - Rusiyalı jurnalist erməniləri ifşa etdi - FOTOLAR


Rusiyanın aparıcı nəşrlərindən olan "Komsomolskaya pravda" qəzetinin əməkdaşı Aleksandr Qrişin Dağlıq Qarabağa səfər edərək oradan geniş reportaj hazırlayıb.

Yeniavaz.com "Komsomolskaya pravda"da yer alan həmin yazıya istinadən bildirir ki, ermənilər Şuşa şəhərində azərbaycanlılara məxsus qəbirləri dağıtdıqlarını etiraf etməyə məcbur olublar.  
Rusiyalı jurnalist Aleksandr Qrişin ermənilərin Şuşadakı məsçidi təmir etdiklərini görüb onlardan soruşub ki, əgər burada müsəlmanlar yaşamırsa məsçidi təmir etməyin nə mənası var. Jurnalist yazır ki, onlara bələdçilik edən şəxs buranın mədəniyyət abidəsi olduğunu və azərbaycanlılar kimi abidələrə qarşı vəhşilik etmədiklərini deyib. Həmin bələdçi deyib ki, guya azərbaycanlılar ermənilərə məxsus qəbirləri belə dağıdırlar.

Rusiyalı jurnalist yazır ki, bələdçinin bu sözündən sonra bizimlə Şuşaya səfər edən həmkarlarımızdan biri ondan soruşdu ki, bəs azərbaycanlılara məxsus qəbirlər hardadır?
Səfər zamanı jurnalistləri müşayət edən seperatçı rejimin Tarxan adlı təmsiçisi isə jurnalistləri aldatmğa çalışaraq deyib ki, Şuşada azərbaycanlılar yaşamadığı üçün burada onlara məxsus məzarlıq da olmayıb. Aleksandr Qrişin yazır ki, biz buna etiraz edərək bildirdik ki, necə ola bilər burda azərbaycanlılar yaşamasın, hətta "vikipedia"da  SSRİ zamanı Şuşa əhalisinin 98%-nin azərbaycanlı olduğu yazılıb: "Bəyəm onlar burda ölməyiblər? Yoxsa onlar öz ölülərini burada dəfn etməyiblər?"
Qrişin yazır ki, bizim bu suallarımızdan sonra Tarxan "Mənim bu barədə məlumatım yoxdur" deyib.

Daha sonra  Rusiyalı jurnalist yazır ki, mən İrəvana qayıtdıqdan sonra erməni tanışımdan bunun səbəbini soruşdum: "Doğurdan da Tarxanın  bu barədə məlumatı yoxdur, yoxsa bu bir təbliğat vasitəsidir?".  Aleksandr Qrişin yazır ki, erməni dostum bunun bir təbliğat olduğunu bildirdi.
Məlumat üçün bildirək ki, ermənilər Şuşada azərbaycanlılara məxsus qəbrlərin dağıdıldığını gizlətməyə çalışırlar.





Allahverdi Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top