
Rusiyanın dəstəklədiyi Suriya rejimi gərginliyi azaltma bölgəsi olan İdlib vilayətinə havadan zərbələr endirib.
Yeniavaz.com-un məlumatına görə, Suriya hökumət qüvvələrinə məxsus hərbi helikopter Qarmid yaşayış məntəqəsini vurub.
Hava zərbələri zamanı çəllək bombasından da istifadə olunub.
Zərbələr nəticəsində aralarında uşaqların da olduğu dinc sakinlər həlak olublar.
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                