Meksikada TIR sərnişin avtobusuna çırpıldı: ONLARLA ÖLÜ


Meksikanın Verakruz ştatında turistləri daşıyan bir sərnişin avtobusu ilə TIR toqquşub. Nəticədə 21 nəfər həyatını itirib, 30 nəfər isə yaralanıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, qəza Pueblo-Kordoba avtomobil yolunda baş verib.
TIR turistləri daşıyan avtobusla toqquşandan sonra hər iki nəqliyyat vasitəsi yanmağa başlayıb. Dərhal hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım cəlb edilib. 
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top