
Budapeştdə Dunay çayında turist gəmisi qəzaya uğrayıb. Nəticədə 7 nəfər ölüb, 19 nəfər isə itkin düşüb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, hadisə iki turist gəmisinin toqquşması nəticəsində baş verib. Qəza zamanı gəmidə ümumilikdə 33 koreyalı turist və iki macarıstanlı heyət üzvü olub. Ölənlərin arasında yerli vətəndaşlar da var.
Axtarış-xilasetmə işləri davam etdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz