Nazarbayevə 2 gündə 2 fəxri ad verildi


Qazaxıstan parlamentinin yuxarı palatasının plenar iclasında ölkənin birinci Prezidenti Nursultan Nazarbayevə "fəxri senator" statusu verililib.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Qazaxıstan Senatının deputatları bu qərara yekdilliklə səs veriblər. Ona fəxri senator statusunun verilməsi təklifi ilə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev çıxış etmişdi.
 
Xatırladaq ki, N. Nazarbayev mayın 29-da Yüksək Avrasiya İqtisadi Şurasının fəxri sədri olmuşdu. Bundan başqa, o, dövlətin ömürlük rəhbəri vəzifəsini tutur, başqa sözlə millətin lideridir ( rəsmi adı - "Qazaxıstan Pespublikasının ilk Prezidenti - Elbaşı"), eləcə də Qazaxıstan Təhlükəsizlik Şurasının ömürlük rəhbəri və hakim "Nur Otan" partiyasının sədri olaraq qalır.

DİGƏR XƏBƏRLƏR

Top