Ukraynada pop ulduzu partiya qurur: ilk qadın partiyası


Ukraynanın tanınmış pop ulduzu Olqa Polyakova partiya qurub siyasətə qoşulmaq qərarına gəlib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, müğənni qərarını "Instagram" səhifəsindən açıqlayıb.

Məşhur müğənni deyib: "Həyatımda bir çox yenilik oldu. Bütün bunları açıq şəkildə "Otdoxni" nəşrinə açıqladım. Parlament seçkiləri üçün yarış başlayır. Haqqında heç nə bilmədiyim bir məqsəd üçün səs verməkdən bezdm. Milyonlarla insan kimə səs verdiklərini bilmək istəyir. Bu məsələ ilə maraqlanacaq pariya qurmağa başladığımı rəsmi şəkildə bəyan edirəm. Bu, Ukraynada ilk qadın partiyası olacaq. Zarafat etmirəm".

Qeyd edək ki, Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin partiyası da Ukraynada 2019-cu il iyunun 21-də keçiriləcək  növbədənkənar parlament seçkilərində iştirak etmək qərarına gəlib.

DİGƏR XƏBƏRLƏR

Top