Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri aldığına görə ABŞ Ankaranın "F-35" bombardmançı-qırıcı təyyarələrinin alışı proqramında iştirakını dayandıra və ona qarşı CAATSA qanunu çərçivəsində sanksya tətbiq edə bilər.
Yeniavaz.com "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Morqan Ortaqus deyib.
O bildirib: "Mövqeyimiz əvvəlki kimi qalır: Türkiyə S-400 üzrə sazişi yekunlaşdırsa, ciddi mənfi nəticələrlə üzləşəcək. Bura "F-35" qırıcılarının alışının dayandırılması və "F-35" proqramında iştirakın dayandırılması, eləcə də CAATSA sanksiyaları daxildir. Bu, çox ciddidir və çox konkretdir və sözügedən məsələ üzrə mövqeyimiz kifayət qədər ardıcıl olaraq qalır".