Bakıda bir nəfər öz evindən oğurluq edib.
Hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib.
Seyfulla Rzayev ərazi üzrə 30-cu polis şöbəsinə məlumat verib ki, evdən içində 30 min dollar pul olan seyf oğurlanıb.
Polis əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən ev sahibinin oğlu Nəriman Rzayev və onun tanışı Atamoğlan Cəbrayılovu şübhəli kimi saxlayıb. Araşdırma zamanı saxlanılan şəxslər törətdikləri oğurluğu etiraf ediblər.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
(Xəzər Tv)