Kürdəmirdə yaşayış evində yanğın - 1 nəfər öldü


Kürdəmir rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin saytının məlumatına görə, yanğının kəşfiyyatı zamanı 1978-ci il təvəllüdlü Əliyev Namiq Rafiq oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

DİGƏR XƏBƏRLƏR

Top