Bu qatar reysi üç gün işləməyəcək


Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarları mayın 31-də, iyunun 1-2-də işləməyəcək. 

Yeniavaz.com bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir. 

Məlumata görə, təmirlə əlaqədar qatarların hərəkəti 3 günlük dayandırılacaq.

İyun ayının 3-dən etibarən qatarlar yeni hərəkət cədvəli üzrə hərəkət edəcək.

Gediş plastik kartla və biletlə təşkil olunacaq. Bu barədə sərnişinlərə əlavə  məlumat veriləcək. 

DİGƏR XƏBƏRLƏR

Top