Rusiyanın "Krılya Sovetov" klubunun yarımmüdafiəçisi Aleksandr Səmədov Azərbaycanın klublarından birinə keçid imkanını şərh edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Azərbaycan əsilli futbolçu bu imkanı istisna etməyib:
"Mən heç nəyi istisna etmirəm. Yığma ayrıca məsələdir, klubların birinin oyunçusu kimi tam mümkündür. Bu barədə indi danışmaq mənə çətindir, çox şey vəziyyətdən asılı olacaq, lakin təkrar edirəm ki, belə variant tam mümkündür, niyə də yox".