Vətəndaşlar məcburi köçkünlərin evlərindən çıxarılması üçün aksiya keçiriblər - FOTOLAR


Qaraçuxur qəsəbəsindəki "Aura" şadlıq sarayının yanında yerləşən yerli sakinlərə məxsus yarıtikili binada məskunlaşmış məcburi köçkünlərin çıxarılması məqsədi ilə bina sakinləri etiraz aksiyası keçirib.
Yeniavaz.com xəbər verir ki, sakinlər aksiya zamanı 27 ildir müvəqqəti adı altında onlarla birgə yaşayan məcburi köçkünlərin başqa yerə köçürülməsini tələb ediblər.
Onlar, həmçinin yaşadıqları bu binanın istifadəyə yararsız olduğunu və binanın təmir edilməsini tələb ediblər. Aksiya iştirakçıları bildiriblər ki, aksiyanı keçirməkdə məqsədləri öz səslərini Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırmaqdır.
Daha sonra aksiya keçirilən əraziyə Suraxanı rayon icra hakimiyyəti başçısının müavini, bələdiyyə sədri və bir qrup polis əməkdaşı gəlib. Vətəndaşlar etirazlarına və şikayətlərinə baxılmadığını icra hakimiyyəti başçısının müavinin nəzərinə çatdırıblar.  Onlar, həmçinin aksiya nəticəsiz qalarsa, yenidən toplanacaqlarını deyiblər.


Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top