Saakaşvilidən ehtiyatlı qayıdış: NƏSƏ OLACAQ


"Siyasətə ehtiyatla qayıdacağam".
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ukrayna vətəndaşlığı geri qaytarılan Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili deyib.

O, Ukrayna üçün darıxdığını bildirib: "İlk növbədə dostlarla görüşmək istəyirəm, siyasətə qayıdışda isə ehtiyatlı olacağam. Nəsə olacaq, lakin ilk dəqiqələrdən yerli siyasi prosesin tərkib hissəsi olmağım... Ora bir daha düşənədək çox ehtiyatlı olacağam".

Baş nazir olmaq istəyinə gəlincə, M. Saakaşvili xatırladıb ki, Ukraynanın sabiq Prezidenti Petro Poroşenko onu bu vəzifəni üç dəfə təklif edib və o, hər dəfə imtina edib: "Şərait müxtəlif ola bilər, lakin indi özümü bu vəzifədə görmürəm. Mənə cinayət işinin qaldırıldığı Ukraynaya qayıtmaqdan qorxmuram".

DİGƏR XƏBƏRLƏR

Top