Azərbaycanlı 70 yaşlı təqaüdçü velotura çıxdı - FOTO

 
Mingəçevir sakini 70 yaşlı təqaüdçü Abid İsmayılov velosipedlə artıq 5 ildir ki, dünyanı səyahət edir. O, bu gün də öz sevimli ənənəsinə sadiq qalaraq yeni marşrut üzrə velotura çıxıb. Abid İsmayılov ötən il 3000 kilometr məsafəni 70 günə qət etmişdi. Mingəçevirli səyahətçi artıq Dağıstanın paytaxtına yaxınlaşmaq üzrədir.
Yeniavaz.com saytına açıqlama verərək bildirib ki, ənənəvi olaraq velosipedlə bu dəfə dünyanın fərqli bölgələrinə səyahət edir. Bu onun çoxdankı arzusu idi. Bu, velosiped həvəskarının üz tutduğu yeni, həm də daha uzun istiqamətdir. Belə ki, bundan öncə o, əsasən Gürcüstan istiqaməti ilə xarici səfərlərə üstünlük verib. Bu dəfə isə Mingəçevir-Bakı-Dərbənd-Mahaçqala-Qroznı-Yalta-Odessa-İstanbul-Batumi marşrutu üzrə hərəkət edir.
A.İsmayılov hazırda Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisindədir və paytaxt Mahaçqalaya yaxınlaşır. Buradan Çeçenistan sərhədlərinə üz tutacaq.
Həmyerlimiz yol boyu, dünya turuna çıxan iranlı velosipedçilərlə də qarşılaşıb. Ümumiyyətlə isə səyahətçinin səfəri hər bir yaşayış məntəqəsində maraqlı anlar və unudulmaz görüşlərlə yadda qalır.
Qeyd edək ki, A.İsmayılov təqaüddə olan pedaqoqdur və təqaüdə çıxdığı andan etibarən illərdir ki, velosipedlə dünyanın fərqli bölgələrinə səyahət edir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top