Regionlara elektrik enerjisinin verilişi bərpa edildi

Regionlarda elektrik enerjisinin verilişi bərpa edilib.

Yeniavaz.com xəbər verir ki, “Azərişıq”ASC-dən Oxu.Az-a verilən məlumata görə, dolu və güclü külək səbəbindən Gədəbəy, Gəncə və bir sıra digər regionlarda elektrik enerjisi infrastrukturuna dəymiş ciddi ziyan tam olaraq aradan qaldırılıb.

Qeyd edək ki, bu gün güclü külək Gədəbəy rayonunda fəsadlar yaradıb. Güclü külək və intensiv yağışlar rayonun Slavyanka yarımstansiyasına zərər vurub. 

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev yaranmış problemlə bağlı  bildirib ki, hava şəraiti hadisə yerində təmir işlərinin aparılmasına imkan vermir. 

DİGƏR XƏBƏRLƏR

Top