
Ukrayna Rusiyanın erməni əsilli məşhur şoumeni və komediya aktyoru Mixail Qalustyanın ölkəyə girişinə qadağa qoyub.
Yeniavaz.com Rusiya mətbuatına istinadən bildirir ki, Mixail Qalustyanın adı "Arzuolunmaz şəxslər" siyahısına salınıb. Buna səbəb Mixail Qalustyanın Ukraynanın dövlət sərhədlərini pozaraq işğal altında olan bölgələrə səfər etməsidir.
Məlumat üçün bildirək ki, Ukraynada adı bu siyahıya düşənlər həm də "Ukrayna düşmənləri" adlandırılır.
Tətbiqimizi yükləyə bilərsiniz