"Russia Today" telekanalının və "Sputnik" xəbər agentliyinin baş redaktoru olan erməni əsilli Marqarita Simonyan Rusiya prezidenti Vladimir Putinlə aralarında keçən maraqlı dialoqun video görüntüsünü sosial şəbəkə hesabında paylaşıb.
Yeniavaz.com xəbər verir ki, ötən gün Kreml sarayında Marqarita Simonyan Vladimir Putin tərəfindən yüksək dövlət mükafatı olan "Aleksandr Nevski" ordeni ilə təltif edib.
Xatırladaq ki, Kreml sarayında təşkil olunan təltifolunma mərasimində Vladimir Putinlə Marqarita Simonyan arasında maraqlı dialoq qeydə alınıb. Putin Marqarita Simonyanın hamilə olduğuna işarə edərək bildirib ki, sən içki içə bilməzsən. Daha sonra Putin əlavə edib ki, artıq mən bunun planlı olduğunu düşünürəm, çünki hər dəfə qarşılaşdığımızda hamilə olursan. Marqarita Simonyan isə zarafatla bildirib ki, bunu planlı şəkildə etmir.