
Təəssüf edirəm ki, bu yaxınlarda Ermənistana səfərim zamanı işğal olunmuş Dağlıq Qarabağa getməyə vaxt tapmadım.
Yeniavaz.com "Sputnik Ermənistan" saytına istinadla xəbər verir ki, bunu Ermənistanda səfərdə olan Rusiyanın tanınmış jurnalisti və teleaparıcısı Vladimir Pozner deyib.
O, Ermənistana və ermənilərə böyük simpatiya ilə yanaşdığını, erməniləri isə çox ağıllı hesab etdiyini qeyd edib: "Təəssüf ki, Dağlıq Qarabağda olmamışam. Məmnuniyyətlə gedərdim, lakin vaxt tapmadım. Ürəyimin o tərəfdə deyil, bu tərəfdə olduğunu hamının, o cümlədən cənab azərbaycanlıların başa düşmələri üçün öz mövqeyimi ifadə etmək məqsədilə gedərdim".
V. Pozner Bakının "qara siyahısı" onu narahat etmir, üstəlik bu, onda yalnız təbəssüm doğurur: "Məni qara siyahıya salsalar nə olacaq ki, Fikrimcə, gecələr sakit yatmağa davam edəcəyəm".
Tətbiqimizi yükləyə bilərsiniz