Bakıda həkim həkimi öldürdü - İDDİA


Qara Qarayev metrosu yaxınlığındakı 4 saylı Vərəm Dispanserinin həkimi Sona Gürgün (Vəliyeva) liposaksiya (piy sovurma) əməliyyatından sonra vəfat edib.

Yeniavaz.com yenilik.az-a istinadən xəbər verir ki, "Baku Medical Plaza"da baş tutan əməliyyatı Sirus Qoçxani adlı həkim həyata keçirib.

Məlumatı dəqiqləşdirmək üçün "Baku Medical Plaza"nın Babək filialı ilə əlaqə saxladıq. Filialdan bizə məsələni öyrənib 10-15 dəqiqədən sonra əlaqə saxlayacaqlarını desələr də, buna əməl edilməyib. Verilən vəddən 1 saatdan artıq vaxt keçdikdən sonra yenidən klinika ilə əlaqə saxlamağa çalışdıq. Bu dəfə klinikadan zəngimizə ümumiyyətlə cavab verən olmayıb.

Qeyd edək ki, Sirus Qoçxani adı Azərbaycan ictimaiyyətinə tanışdır. Belə ki, 2017-ci ilin iyun ayında 21 yaşlı gənc model Leyla Oruclu da liposaksiya əməliyyatı üçün o zaman “Zəfəran Hospital”da çalışan Sirus Qoçxaniyə müraciət etmiş və əməliyyatdan sonra gənc qız həyatını itirmişdi. O zaman gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyini və klinikanın hazırlıqsız olduğunu əsas səbəb kimi göstərirdi.

DİGƏR XƏBƏRLƏR

Top